Xırdalanda 17 mərtəbəli binada YANĞIN:


Digərləri 15 Dek 2017 14:23:01 280 0

Xırdalanda 17 mərtəbəli binada YANĞIN:

Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənib. Yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.

FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi Hüseynov sayta bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur. 

Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir. 


Xəbərə aid fotolar