"Arsenal"ın futbolçusu ili başa vurdu


İdman 15 Dek 2017 14:30:00 251 0

"Arsenal"ın futbolçusu ili başa vurdu

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi 2017-ci ildə bir daha meydana çıxmayacaq. Goal.az xəbər verir ki, Premyer Liqanın 16-cı turunda "Southampton"a qarşı oyunda zədələnən futbolçu minimum 3 həftəlik sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Arsen Venqer danışıb. Fransalı mütəxəsis xoş xəbər də verib. Belə ki, Şkodran Mustafi artıq zədəsini sağaldıb.Buna baxmayaraq onun "Newcastle United"lə oyunda meydana çıxması sual altındadır.