Vətənində əcnəbi sayılan qız: Danışanda


Digərləri 15 Dek 2017 14:20:00 338 0

Vətənində əcnəbi sayılan qız: Danışanda

Məni hindus sanmırlar. Danışanda isə hindi dilimi bilməyimə təəccüblənirlər.

Mavi gözlü, ağ dərili, şabalıdı saçlı Puca Qanatra Hindistanın Mumbay şəhərində doğulub. Onun valideynləri hindusdur.

Lakin zahiri görünüşü Pücanı vətənində, doğma şəhərində özünü az qala əcnəbi sanmağa vadar edir.

Son.az Hindustan Times-a istinadən bildirir ki, 24 yaşlı Pucanın valideynlərinin dediklərinə görə, qız dünyaya gələndə onun sifətində çilləri, dərinin ağ olmasını defekt, qüsur sayırdılar. Fəqət sonradan bəllli olub ki, Pucanın belə görünməsinin səbəbi genetik məsələdir.

Mütəxəssislərinin dediklərinə görə, Puca Qanatranın əcdadları arasında ağdərili, avropalı olduğu üçün qız indi hindusa yox, avropalıya bənzəyir.

"Günlərin birində DNT-lə bağlı testin cavabını almaq, əcdadlarımın, əsl-kökümün kimlər olmasını bilmək istərdim. Bu barədə heç bir məlumatım yoxdur", - Puca Qanatra deyib.