Məşhur olmaq üçün qardaşına elə bir şey etdi ki,


Dünya 15 Dek 2017 13:37:00 235 0

Məşhur olmaq üçün qardaşına elə bir şey etdi ki,

İnternetdə rekordu qırmaq məqsədiylə ağaca bağladığı 14  yaşlı qardaşına işgəncə verdiyi anları kameraya çəkdiyi deyilən böyük qardaş ilə qohumu barəsində cinayət işi açılıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, S.Z.O. (14) Qurban bayramında ailəsi ilə Ankaranın Kızılcahamam qəsəbəsinə gedib. Böyük qardaşı Ö.R.O. (16) qardaşına "Sosial şəbəkədə yayımlamaq üçün səni ağaca bağlayıb, videonu çəkəcəyik" deyib.

Böyük qardaşla qohumu Z.O. (18) S.Z.O-nu iplə ağaca bağlayaraq üzərinə su və qoyun nəcisi tökərək ağacla döyüb.

Bu anları kameraya çəkən uşaqlar görüntü sonra internetə yükləyiblər.

Görüntüyü internetdə izləyən bir nəfər polisə şikayət edib.