Müdafiə nazirinin müavini: Ordu haqqında danışarkən diqqətli olmalıyıq


Digərləri 15 Dek 2017 13:35:00 221 0

Müdafiə nazirinin müavini: Ordu haqqında danışarkən diqqətli olmalıyıq

“Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”.

Bakı. Elçin Mehdiyev – “Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”. Trend-in məlumatına görə, bunu müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.