Melaniya Tramp "millət anası" obrazını sınayır FOTO


Digərləri 15 Dek 2017 13:21:00 284 0

Melaniya Tramp "millət anası" obrazını sınayır  FOTO

"Prezident Donald Tramp və Birinci xanım Melaniya Tramp Milad bayramınızı təbrik edir!"

ABŞ prezidentinin xanımı Melaniya Tramp Twitter-dəki akkauntunda əri, Birləşmiş Ştatların dövlət başçısı ilə çəkdirdiyi portret fotosunu paylaşıb.

Son.az ABC-yə istinadən bildirir ki, foto Ağ Evdəki "Cross Hall"da çəkilib. Fotonun müəllifi Andrea Henksdir.

"Delpozo" brendinin əsəri olan paltarda kameralar qarşısına keçmiş M.Tramp Ağ Evdə birinci xanım qismində ilk Milad portretinin çəkilməsindən məmnun olduğunu bəyan edib.

D.Trampın qızı İvanka Tramp da əri Cared Kuşner və oğlu ilə çəkdirdiyi Milad fotosunu İnstagram-dakı profilində paylaşıb.

2009-cu ildə yəhudi C.Kuşnerlə ailə həyatı qurmuş İ.Tramp dinini dəyişərək iudaizmi qəbul edib.


Xəbərə aid fotolar