Ticarət mərkəzində dəhşət:


Dünya 15 Dek 2017 13:25:00 285 0

Ticarət mərkəzində dəhşət:

O, qızı tutmağa çalışarkən qız onun üzərinə düşüb

Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, intihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib.

Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb. Lakin qız ona əhəmiyyət verməyib və özünü 13-cü mərtəbədən atıb. . Nəticədə qız və mühafizəçi ölüblər.

Çinin Shaanxi vilayətindəki ticarət mərkəzində baş verən qorxulu anlar mağazaların təhlükəsizlik kamerasına düşüb.

Əvvəllər hərbi qulluqçu olan Li ölümündən sonra medalla təltif olunub. 


Xəbərə aid fotolar