"Sumqayıt"ın qarşılaşacağı 2 rəqib müəyyənləşib


İdman 15 Dek 2017 13:17:00 244 0

"Sumqayıt"ın qarşılaşacağı 2 rəqib müəyyənləşib

Samir Abasovun yetirmələri qardaş ölkəyə yanvarın 21-də yola düşəcəklər. Fevralın 4-də isə komanda Azərbaycana qayıdacaq. Rəqiblərdən birinin “Anji” olduğu açıqlanmışdı. Lakin Rusiya təmsilçisi ilə oyun mahaçqalalıların rəsmi saytında göstərilən tarix - yanvarın 22-də keçirilməyəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.

“Sumqayıt”ın Türkiyə toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı müəyyənləşib. Goal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Antalyada ümumilikdə 4 görüşdə qüvvəsini sınayacaq. 

“Sumqayıt” yanvarın 28-də Makedoniya klubu “Akademiya Pandev”lə üz-üzə gələcək. Adıçəkilən komanda ölkə çempionatında 4-cü pillədə qərarlaşıb. Sumqayıtlıların toplanış çərçivəsində sonuncu sparrinq rəqibi isə “Mladost” olacaq. Serbiya klubu ilə qarşılaşma fevralın 3-də keçiriləcək. “Mladost” ölkə çempionatında 16 komanda arasında 9-cudur. “Sumqayıt”ın yoxlama matçı keçirəcəyi komandalardan yalnız birinin adına hələ tam aydınlıq gəlməyib.

Apasport