Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi


Digərləri 15 Dek 2017 13:16:00 194 0

Lənkəranda 15 yaşlı oğlan özünü güllələdi

Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.