"Milan" rəsmisi Rayolanı şoumenə bənzətdi


İdman 15 Dek 2017 12:52:00 243 0

"Milan" rəsmisi Rayolanı şoumenə bənzətdi

"Milan"ın idman direktoru Massimiliano Mirabelli azarkeşlər tərəfindən Canluici Donnarummaya qarşı münasibəti düzgün hesab etməyib. O, "Verona" ilə görüşdə gənc qolkiperə təhqiramiz şüarlar səsləndirən fanatları sakitləşdirməyə çalışıb. Goal.az xəbər verir ki, italiyalı funksionerin əsas tənqid hədəfi isə Donnarummanın agenti Mino Rayola olub.

"Mövqeyimiz aydındır: heç kimi satmaq fikrində deyilik. "Milan"dan getmək istəyən futbolçu birinci bizə müraciət etməlidir. Sonra isə ona görə alınacaq təklif bizi qane etməlidir. Heç kim bizim boğazımızdan yapışmayacaq. "Cico" ilə bir az öncə danışdım və mənə getmək istədiyini demədi. Ola bilsin, kimliyi məlum olan cənab bir şey təşkil etməyə çalışır. Amma bi hər sahədə klubun maraqlarını nəzərə alırıq. Azarkeşlərin məyus olduğunu başa düşürük. Bununla belə, onlar gərək öz futbolçularımıza yox, rəqiblərə psixoloji təsir göstərsinlər. Donnarumma "Milan" irsinin bir parçasıdır, onu qorumalıyıq. Rayola ilə heç bir görüş planlaşdırmıram. Donnarummanın müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub. Buna görə onun agenti ilə danışılacaq söz yoxdur. Canluici ilə münasibətimiz heç vaxt bu qədər yaxın olmayıb. Onu satmağa hazırlaşmırıq. Onu və "Milan"ı kluba zərər verən kəsdən qorumağa çalıaşcağıq. Vaxt gələcək Donnarumma nəyin yaxşı, nəyin pis olduğunu başa düşəcək. Onun ətrafında elə adam adam var ki, getdikcə şoumenə çevrilir. Ona gülürük, amma bununla uzağa getməsinə imkan verməyəcəyik".