“Mənə vacib idi ki, onların səhnədəki oyunlarından ləzət alım, səhnədən kənar oyunlarından yox” FOTO


Kriminal 15 Dek 2017 12:49:00 312 0

“Mənə vacib idi ki, onların səhnədəki oyunlarından ləzət alım, səhnədən kənar oyunlarından yox”  FOTO

Son.az ATV.az-ın "Yubilyar" ruvbrikasının növbəti qonağını təqdim edir.

Maqbet Zeynal oğlu Bünyatov. O, 25 dekabr 1937-ci ildə  Zərdab rayonunun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra, Sumqayıt  şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək Azərbaycan Dövlət Kukla teatrında fəhlədən  direktor müavini vəzifəsinədək yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik Dram Teatrında direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir. Maqbet Bunyatov 2002-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. 2006-2010cu illərdə  Akademik Milli Dram Teatrının direktoru vəzifəsində çalışı

- Маqbet müəllim, deyirlər 60 yaş qocalığın cavanlığıdır. Bəs 80 yaş üçün nə demək olar? - Məncə 80 artıq müdriklik yaşıdı. Düzdü, əvvəl 70 yaşa da belə demək olardı, amma yaşım ötükcə anladım ki, 70 il müdrik olmaq üçün helə tezdi, 80 - əsl vaxtdı( gülür). Artıq kiməsə məsləhət verə bilərəm, hardasa bir söz deyə bilərəm.

- Bizim cəmiyyətdə yaşlı nəslin cavanları bəyənməməyi, hər zaman "bizim vaxtda daha yaxşı idi", "bizdə belə nöqsanlar yox idi" deməyi artıq tendensiyaya çevrilib. Sizdə eyni fikirdəsiniz? - Əsla yox! Bilirsiniz niyə? Çünki belə desək, deməli özümüz günahkarıq! Axı bu nəsli biz yetişdiririk, biz tərbiyələndiririk, biz ruhlandırırıq və biz istiqamətləndiririk. Onlar bizdən  pisdilərsə, deməli günah onlarda yox, bizdədir, biz cəmiyyət üçün bir deyərli insan yetişdirməmişik. Mənim oğullarım artıq həyatlarında özlərinə layiqli yer tapıblarsa, ən kiçik nəvəm 4 dil bilirsə, mən necə deyə bilərəm ki, bizdən sonrakı nəsillər bizdən pisdir?

- Yaxşı, bəs teatrlarda bu məsələ nə yerdədir? Üç teatrda rəhbər vəzifədə çalışmış bir mütəxəssiz kimi deyə bilərsinizmi,  hazırda elə bil aktyor və ya aktrisa varmı ki, 20-30 ildən sonra Siyavuş Aslan və ya Nəsibə Zeynalova səviyyəsinə çatsın? - Bəli, mən siz deyən aktyorlarnanda işləmişəm - Siyavuş da, Nəsibə xanım da, mənim ən sevdiyim və hörmət etdiyim Fazil Salayevdə daim öz üzərlərində işləyirdilər, daim axtarışdaydılar. Çünki səviyyə cəhətdən o zamanki aktyor səviyyəsi cəmiyyətdə çox yüksək idi, cəmiyyətin tamaşaçı səviyyəsi də... nə isə, məni çətin vəziyyətə salma, gəl mövzunu dəyişək( gülür).

- Yaxşı, onda heç olmasa Makbet Bunyatovdan azərbaycamn teatr aktyorlarının son 50 illinin "top5"yini bilmək istərdik. - Bunu deyə bilərəm... kişilər arasınsda - Həsənağa Salayev, Fazil Salayev, Siyavuş Aslan, Məlik Dadaşov, Ağasadıq Gəraybəyli, Fuad Poladov, Həsən Turabov, Səməndər Rzayev. Siz beş nəfər deyirdiniz, məz səkkizinin adını çəkdim.

Aktrisalara gəldikdə isə...Hökümə Gurbanova, Nəsibə Zeynalova, Larisa Vinoqradova, Ədayə Əliyeva və əlbətdə ki Amaliya Pənahova və Şəfiqə Məmmədova. Bunlar bir birinə bənzəməyən müxtəlif obrazlar yaradıb. Amma elə aktyorlar var ki, çox istedadlıdılar, lakin bir obrazı necə gözəl və mükəmməl yaradırlarsa, digərlərinidə məhz ona oxşadırlar, və sonradan nə oynayırlarsa, möhür vurduqları obraza bənzəyir...

- Hansı aktyorlarnan işləmək daha asan idi, hansılar isə əksinə, necə deyərlər, çox çətin adam idilər, əziyyət verirdilər, xüsusi ilə Azdramanın aktyorlarından söhbər gedir... - Mənim heç bir aktyordan və ya aktrisadan narazıçılığın olmayıb, hamı ilə işləmək çox rahat idi, problem yox idi... Birdə ki, onların insani keyfiyətləri mənim üçün əsas deyildi, əsas peşəkarlıq idi, o da məni qane edirdi.

- Lakin həmin o rahat işlədiyiniz aktyorlar bir gün sizə qarşı qalxdılar... - Qalxıb nə etdilər ki? Mənim haqqında onların heç biri bir pis söz demədi, məni heş kəs təhqir etmədi. Sadəcə istəyirdilər ki, daha yaxşı olsun.


Xəbərə aid fotolar