Məşq zamanı qətliam:
Dünya 15 Dek 2017 12:33:00 300 0
Braziliyada silahlı şəxslər futbol məşqi zamanı 6 nəfəri öldürüb, 10 nəfəri ağır yaralayıblar.
Son.az Mirror-a istinadla xəbər verir ki, cinayətkarlar qurbanlarını yaşlılar və uşaqlar olmaqla qruplara ayırdıqdan sonra güllələyiblər.
Öldürülənlərdən biri xarici, digərləri Braziliyanın Manaus şəhərinin həvəskar futbol klubu olan T5 Jamaica-nın oyunçularıdır.
Braziliya telekanallarından biri hücuma məruz qalan şəxslərin cəsədlərinin meydançada uzandığı videonu yayımlayıb.
Ölənlərin adları açıqlanıb. Yaralılardan birinin vəziyyəti olduqca ağırdır. Onun 16 yaşı var.
Mənbə: milli.az