"Borussia"nın yarımmüdafiəçisi ABŞ-ın futbol tarixinə düşdü


İdman 15 Dek 2017 12:34:00 288 0

"Borussia"nın yarımmüdafiəçisi ABŞ-ın futbol tarixinə düşdü

"Borussia Dortmund"un yarımmüdafiəçisi Kristian Pulişiç 2017-c ildə ABŞ-ın ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, 19 yaşlı havbek ABŞ-da ilin futbolçusu mükafatına layiq görülən ən gənc oyunçu kimi tarixə düşüb.

Bu mükafatı almaq böyük şərəfdir. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Bu yerdə olacağımı təsəvvür edə bilməzdim. Gələcəyə böyük nikbinliklə baxıram" - Pulişiç deyib.

Amerikada ilin ən yaxşı futbolçusu mükafatına 5 namizədin adı dekabrın 5-də açıqlanmışdı. Bunlar Jozi Altidor, Klint dempsi, Cordan Morris, Maykl Bredli və Kristian Pulişiç idi. "Borussia"nın futbolçusu 94% səs toplayaraq həmkarlarını böyük fərqlə geridə qoyub.

Qeyd edək ki, "2017 U.S. Soccer Male Player of the Year" mükafatı 34 ildir təqdim olunur. Pulişiçə qədər onun ən gənc sahibi 2003-cü ildə Lendon Donovan (21 yaş) olmuşdu.