Paytaxtda bina və anbarda YANĞIN


Digərləri 15 Dek 2017 12:17:00 236 0

Paytaxtda bina və anbarda YANĞIN

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Son.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilin dəhlizinin tavanı 1 kv.m sahədə və binaya bitişik ümumi sahəsi 200 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb.

Mənzilin və anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.