"Azərbaycanda 4 yeni genotip müəyyən edilib"


Digərləri 15 Dek 2017 12:19:48 252 0

"Azərbaycanda 4 yeni genotip müəyyən edilib"

Ölkədə və xaricdə yaşayan gənc alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində koordinasiya edilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan gənc alimlərinin I qurultayında AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə qurultayın Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"na əsasən təşkil olunduğunu bildirib.

Akademik qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.