BP və ADA universiteti Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradıb


Digərləri 15 Dek 2017 12:18:18 248 0

BP və ADA universiteti Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzi yaradıb

BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb.

Bakı. Maksim Tsurkov - BP şirkəti ADA universiteti ilə birgə Azərbaycanda ilk “Big Data” Elmi-tədqiqat və təlim mərkəzinin yaradılması üzrə layihəni başa çatdırıb. Trend-in məlumatına görə, ötən il başlayan layihə BP-nin və onun tərəfdaşlarının yerli potensialın yaradılmasına dəstək üzrə öhdəliklərindən biridir. Mərkəz ADA Universitetində yaradılıb. Layihə nəticəsində burada iri məlumatların təhlili və öyrənilməsi üzrə yeni magistr proqramı başlayacaq. Layihənin icra olunduğu müddətdə məlumatların təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı, eləcə də 30 işçi terminalı quraşdırılıb. Hazırda Mərkəz istismara hazırdır.