Bunları etmədən "prava" dəyişə,


Digərləri 15 Dek 2017 11:47:14 275 0

Bunları etmədən "prava" dəyişə,

Bu gün "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər edilir.

Son.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert yeniliyin nədən ibarət olduğunu belə izah edib: "Ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən, addan-ada keçirdərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmağa görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilmədən həmin hərəkətlər edilməyəcək. Yəni, qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək".