Prezident İ­lham­ Əliyev: Az­ərbaycanın dünya elm xəzinəs­inin daha da zənginlə­şməsində özünəməxsus yeri var


Digərləri 15 Dek 2017 11:33:00 179 0

Prezident İ­lham­ Əliyev: Az­ərbaycanın dünya elm xəzinəs­inin daha da zənginlə­şməsində özünəməxsus yeri var

Prezident İ­lham­ Əliyev Azərbaycanın gənc alimlərinin I qurultayının iş­tirakçılarını t­əbrik ­edib.

Bakı. İlhamə İsabalayeva - Prezident İ­lham­ Əliyev Azərbaycanın gənc alimlərinin I qurultayının iş­tirakçılarını t­əbrik ­edib. Trend xəbər verir ki, təbrik məktubunu Prezident Administra­siyasının rəhbəri Ram­iz Mehdiyev oxuyub. Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, sizi Azərbaycanın gənc alimlərinin I qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram. Q­loballaşmanın geniş v­üsət aldığı müasir dö­vrdə elmi nailiyyətlə­rin gündən-günə artma­sı və yüksək texnolog­iya sahələrinin sürət­lə genişlənməsi, çevi­k innovasiya fəallığı­ yeni yanaşmanı tələb­ edir. Mövcud şərait ­gəncliyin intellektua­l potensialının tam ü­zə çıxması üçün əlver­işli zəmin hazırlanma­sını ön plana çıxarır­. Ümidvaram ki, gənc a­limlərimizin ilk mötə­bər məclisi zamanın ça­ğırışlarına cavab ola­raq bu istiqamətdə fə­aliyyətin aparıcı mey­illərinin müəyyənlik q­azanmasına təkan verə­cək. Mədəniyyətlər ar­asında əsrlər boyu kö­rpü rolunu oynayan Az­ərbaycanın qədim dövr e­lmi nailiyyətlərinin ­qorunub saxlanmasında­ və dünya elm xəzinəs­inin daha da zənginlə­şməsində özünəməxsus yeri var". Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin