Azərbaycan bank sektorunda kibercinayətkarlığa qarşı mübarizə gücləndirilir


Digərləri 15 Dek 2017 11:36:00 209 0

Azərbaycan bank sektorunda kibercinayətkarlığa qarşı mübarizə gücləndirilir

Azərbaycan bank sektorunda kibercinayətkarlığa qarşı mübarizə gücləndirilir.

Bakı. Azərbaycanın bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq halların qarşısının alınması, İnformasiya Texnologiyaları təhlükəsizliyin təmin edilməsi və maliyyə sektorunun əməkdaşlarının İT təhlükəsizliyi sahəsində bilik səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndilirməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Trend-ə Palatadan məlumat verilib. Memorandumu Palatanın Baş icraçı direktoru İbrahim Alışov və Agentliyin rəis müavini Azər Əhədov imzalayıb. Tədbirdə açılış nitqi ilə çıxış edən Palatanın Baş icraçı direktoru İ.Alışov bildirdi ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş fəaliyyət planına əsasən, Agentlik tərəfindən İT təhlükəsizliyi sahəsində Palataya texniki dəstəyin göstərilməsi, daxili informasiya təhlükəsizliyi siyasətinin (qaydalarının) formalaşdırılması, eləcə də E-poçt təhlükəsizliyin təmin edilməsi, bank hesabları ilə əməliyyatlarda trafikin qorunması və CSRF (Cross-Site Request Foregery) təhlükəsizliyi, proqram təminatında kənar resurslardan hazır kodların çağırılması və kənar kodların istifadəsinin yaratdığı təhlükələrin aradan qaldırılması, İT təhlükəsizliyinin təmin olunması üzrə təlimlərin keçirilməsi istiqamətlərində əməkdaşlıq nəzərdə tutulur.