Kilsədə faciə qurbanları anıldı Baş nazir


Digərləri 15 Dek 2017 11:11:00 298 0

Kilsədə faciə qurbanları anıldı Baş nazir

Dünən Britaniyanın paytaxtı Londonda "Grenfell Tower" çorxmərtəbəli yaşayış binasınqdakı yanğında həlak olanların xatirəsi anılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 6 ay əvvəl, iyunun 14-də Londonun Şimali Könsinqton səmtində yerləşən "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş vermiş, 71 nəfər alovlarda həlak olmuşdu.

Dünən Londondakı Müqəddəs Pavel Kilsəsində anım ibadəti olub.

Mərasimdə Britaniya kraliçası 2-ci Yelizavetanın oğlu Çarlz ilə xanımı Kamilla Parker-Boulz, habelə şahzadə Uilyam və onun xanımı, hersoginya Keyt Middlton, şahzadə Harri də iştirak ediblər.

Mərasimə qatılmış 1500 nəfər arasında baş nazir Tereza Mey, Leyboristlər Partiyasının lideri Ceremi Korbin, nazirlər, siyasətçilər, şou-biznes ulduzları da vardı.

"Grenfell Tower"də həlak olanların ailələri mərasimə ağ qızılgüllər və yanğında həyatlarını itirmiş yaxınlarının fotoları ilə gəlmişdilər.

Müğənni Adel və aktrisa Kerri Malliqan da kilsədəydilər.

Kədərin və faciənin simvolu isə üzərində "Grenfell Tower" yazılmış yaşıl ürək olan ağ bayraqdı.