Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir


Digərləri 15 Dek 2017 10:50:00 274 0

Bakı Ali Neft Məktəbi CİSCO ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov CİSCO şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri Alyona Domotenko ilə görüşüb.

Son.az xəbər verir ki, görüşdə rektor qonaqlara Ali Məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin İnformasiya Texnologiyaları (İT) üzrə yüksək nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb. Rektor BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək İT təfəkkürə malik ən istedadlı tələbələlər yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.

Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski CİSCO-nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə CİSCO-nun ümumi və təhsil ocaqları ilə faəliyyət istiqamətindən danışıb, eləcə də şirkətin Şəbəkə akademiyası (Networking Academy) haqda məlumat verib.