9 tondan çox kokain aşkar edildi


Dünya 15 Dek 2017 11:00:00 234 0

9 tondan çox kokain aşkar edildi

Kanada Hərbi Dəniz Qüvvələri CARIBBE narkotrafiklə mübarizə üzrə beynəlxalq əməliyyatı çərçivəsində ilin əvvəlindən 9 tondan çox kokainin Şimali Amerikaya keçirilməsinin qarşısını alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə Nazirliyinin kommünikesində deyilir.

298 milyon dollar dəyərində olan narkotiklər cari ilin fevralından dekabrınadək ABŞ Sahil xidmətinin gəmiləri ilə birgə reydlər zamanı Latın Amerikası sahillərində müsadirə olunub.

Qeyd edək ki, Kanada, ABŞ, Fransa, Böyük Britaniya, İspaniya və Niderland gəmi və təyyarələrinin cəlb olunduğu CARIBBE əməliyyatı 2006-cı ildən keçirilir.