BDU-da "Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə" tədbiri keçirilib (FOTO)


Digərləri 15 Dek 2017 10:34:00 209 0

BDU-da "Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə" tədbiri keçirilib (FOTO)

BDU-nun Hüquq fakültəsi “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirib

Bakı. Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının bilavasitə təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq insan hüquqları gününə və Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığının 25 illiyinə həsr edilmiş “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirilib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrası müəllimlərinin və digər tədqiqatçıların elmi məruzələrinin dinlənildiyi dəyirmi masada Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının, Dövlət Neft Şirkətinin, AMEA Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitununun, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil hüquqşünaslar, magistrantlar və tələbələr iştirak ediblər.