DİN Şəmkirdə qəbiristanlıqda oğurluqla bağlı xəbərlərə aydınlıq gətirdi


Kriminal 15 Dek 2017 10:12:46 350 0

DİN Şəmkirdə qəbiristanlıqda oğurluqla bağlı xəbərlərə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirin Qasımalılar kəndində qəbiristanlıqda bir məzarın sinə daşının oğurlanması, bundan əvvəl də oradan bir neçə oğurluqların edilməsi faktının tək həmin kənddə deyil, qonşu kəndlərdə də insanlarda şok təsiri yaratması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Şəmkirdə qəbiristanlıqdan oğurluq olub - VİDEO DİN-nin Mətbuat xidmətindən Son.az-a bildiriblər ki, əslində, vəziyyət təqdim olunduğu kimi deyil: "İki gün əvvəl Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş ərizə ilə əlaqədar hadisə yerində olan polis əməkdaşları müəyyən ediblər ki, həmin qəbiristanlıqda illər öncə dünyasını dəyişmiş iki mərhumun qəbri üstündən 2 alüminium güldan oğurlanıb. Polis əməkdaşları tərəfindən onların tapılması istiqamətində lazımi tədbirlər görülür. Həmin qəbiristanlıqda sinə daşının oğurlanması barədə xəbərə gəldikdə isə, müəyyən olunub ki, mərhumun yaxınları həmin məzarda zəruri təmir işləri aparırlar". Qeyd edək ki, yerli televiziyalarda yayılan məlumatalara görə, Şəmkirin Qasımalılar kənd qəbristanlığında bir məzarın sinə daşı və bir neçə qəbrin bəzəkli hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Sakinlərin sözlərinə görə, kənd qəbristanlığında məzar daşlarının yanındakı güldanların oğurlanması hadisəsi müxtəlif vaxtlarda əvvəllər də baş verib.