Bakıda üç avtomobil toqquşdu


Digərləri 15 Dek 2017 10:19:00 216 0

Bakıda üç avtomobil toqquşdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, keçmiş "Komsomol" dairəsi yaxınlığında "Opel", "Mercedes" markalı minik avtomobilləri ilə "Ford transit" mikroavtobusu toqquşub.

Hadisə yerinə təcili tibbi yardım maşını və yol polisi cəlb olunub. Xəsarət alanların olduğu bildirilir.