Bakıda intihar cəhdinin qarşısı alınıb YENİLƏNİB FOTO


Digərləri 15 Dek 2017 08:39:00 255 0

Bakıda intihar cəhdinin qarşısı alınıb  YENİLƏNİB  FOTO

08:39

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər.  Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal  xəstəxanaya çatdırılıb. 

----------

02.10   Bakının Binə qəsəbəsində intihara cəhd edən vətəndaşın kimliyi bəlli olub.


Xəbərə aid fotolar