Bakıda sürətin 110 km/saat olduğu yolda dərsdən qayıdan məktəbli qızı maşın vuraraq öldürüb FOTO


Digərləri 15 Dek 2017 08:27:00 234 0

Bakıda sürətin 110 km/saat olduğu yolda dərsdən qayıdan məktəbli qızı maşın vuraraq öldürüb  FOTO

Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 110 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib.

Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.


Xəbərə aid fotolar