Aİ sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb


Dünya 15 Dek 2017 08:19:00 243 0

Aİ sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Aİ-nın üzv ölkələrinin başçıları cümə axşamı günü Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Aİ Şurasının prezidenti Donald Tusk bildirib.

"AB Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını yekdilliklə dəstəkləyir", deyə Tusk özünün Tvitter səhifəsində yazıb.