Bu gündən Bakıda Şaxta baba və Qar qız işə başlayacaq


Digərləri 15 Dek 2017 08:12:00 282 0

Bu gündən Bakıda Şaxta baba və Qar qız işə başlayacaq

Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün 5 cütlük müraciət edib.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin müraciətlərə baxılır: "Müraciətlər araşdırılır. Onların fəaliyyətinə bu gündən 15-dən icazə verilir. Ola bilsin ki, yaxın günlərdə müraciətlərin sayı artsın. Daxil olan müraciətlər araşdırılacaq və onlara da müvafiq icazələr veriləcək".