İlk dəfə robot və jurnalistin birgə materialları dərc edilib


Digərləri 15 Dek 2017 07:35:00 298 0

İlk dəfə robot və jurnalistin birgə materialları dərc edilib

Böyük Britaniyada insanın robotla birgə müəllifliyi ilə yazdığı ilk materialların dərcinə başlanılıb. Tərəfdaşlıq ideyası "Urbs" korporasiyası və "Press Association" informasiya agentliyinə məxsusdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "The Reporters and Data Robots" (RADAR) proqram təminatı hazırda müstəqil mükəmməl mətnlər yaza bilməsə də, məqalələrdəki statistik məlumatların hazırlanması ilə məşğul olur. Belə ki, yeni texnologiyalar vasitəsilə artıq 35 jurnalist robotla birgə müxtəlif tematikalı materiallar (məsələn, tənha anaların hekayəsi, mürəkkəb tibbi əməliyyatlar) hazırlaya bilib.