İspaniyada atışma zamanı iki polis əməkdaşı öldürülüb


Dünya 15 Dek 2017 00:32:38 519 0

İspaniyada atışma zamanı iki polis əməkdaşı öldürülüb

İnsident Teruel əyalətində baş verib

İspaniyanın Teruel əyalətində atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə region hökumətinin məlumatında bildirilir.

Silahlı insident nəticəsində 3 nəfər, o cümlədən iki hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.

"Üç nəfər ölüb, onlardan ikisi Mülki Qvardiyanın əməkdaşıdır", — deyə RİA "Novosti" məlumatı sitat gətirib.

Hadisənin təfərrüatları araşdırılır.