Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb
Dünya 15 Dek 2017 00:21:52 438 0
Qərarın gələn həftə rəsmiləşdiriləcəyi gözlənilir
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiya üçün iqtisadi sanksiyaların müddətini uzatmaq barədə siyasi qərar qəbul ediblər.
“Report” xəbər verir ki, müvafiq qərar dekabrın 14-də Aİ sammiti çərçivəsində qəbul olunub.
Bu məsələyə Aİ liderləri tərəfindən işgüzar şam yeməyi zamanı ilk olaraq baxılıb. Sanksiyalar Minsk razılaşmalarının icrasına bağlıdır. Qərarın gələn həftə yazılı prosedur üzrə rəsmiləşdiriləcəyi gözlənilir.
Mənbə: report.az