İmam Zaman ağanın vəzirləri və onların xüsusiyyətləri


Digərləri 14 Dek 2017 23:40:00 303 0

İmam Zaman ağanın vəzirləri və onların xüsusiyyətləri

İbni Ərəbi - Əbu Abdullah Məhyələddin Muhəmməd ibni Əli ibni Muhəmməd ibni Ərəbi Hatəmi - Şeyx Əkbər ləqəbi ilə məşhur olan 560-638 illərinin arif və alimlərindən olmuşdur.

Son.az deyerler.org-a istinadən bildirir ki, İbni Ərəbinin nəzərinə görə, İmam Zaman ağanın (ə.f) vəzirlərinin sayı 10 nəfərdən çox olmamalıdır. Daha doğrusu, onların sayının ən azı beş olduğunu bəyan edir. O, deyir: "Onun xilafət dövrünün müddətində ehtimallar beş ildən doqquz ilə qədərdir. Ehtimalların səbəbi də vəzirlərinin sayına görə idi. Çünki bu vəzirlərdən hər biri onunla bir il qalacaqlar. Ona görə də əgər beş nəfər olarsa, deməli hökuməti beş il olacaqdır. Əgər yeddi nəfər olarsa, yeddi il. Hər bir ilin özünə məxsus xüsusiyyətləri olacaqdır. Hər ildə işləri bir vəzir islah edəcəkdir. Onlar beş nəfərdən az və doqquz nəfərdən çox ola bilməzlər".   O, Peyğəmbərdən (s) gələn bu hədisə istinad edir. Həzrət (s) bu hədisdə buyurur: "Həqiqətən, mənim ümmətimdə Məhdi (ə.f) vardır. (O,) qiyam edəcəkdir. Beş, yeddi və ya doqquz (il) yaşayacaqdır (hökumət edəcəkdir)". Soruşurlar ki, o, nədir? Deyir: "İl".   İbni Ərəbinin nəzərində İmamın (ə.f) vəzirlərinin xüsusiyyətləri: 1. Allah bəndəsi olmaqları. 2. Allah tərəfindən seçilməkləri. 3. Şuhud əhli olmaqları. 4. Arif olacaqlar və qeybdən xəbərləri olacaqdır. 5. İlahi yardımdan bəhrələnəcəklər. 6. İlahi əhdə vəfadardırlar. 7. İlahi zikr əhlidirlər. 8. Allah tərəfindən təlim görmüşlərdir. 9. Sabitqədəm və mətanətlidirlər.

Onun nəzərinə görə, bu vəzirlər ərəb dilində danışan əcəmilər olacaqdır. O, deyir ki, bu vəzirlərin hər biri Şam sahillərində şəhid olacaqlar.   Nəticədə deyə bilərik ki, İmamın (ə.f) vəzirlərinin olması fikrində bu alimlə biz də razılaşırıq. Ancaq bu vəzirlərin sayı və onların bəzi xüsusiyyətləri ilə Əhli-Beyt (ə) alimləri razılaşmırlar. Çünki o, bu iddialarında zəif mənbəyi olan hədislərə istinad etmişdir. Onun iddialarının çoxu öz kəşf və şuhudlarına söykənmişdir ki, onların doğruluğunu sübut etmək olmaz.