Quş səsi çıxardan, ən sürətlə qaçan yırtıcı (FOTO)


Digərləri 14 Dek 2017 23:30:00 315 0

Quş səsi çıxardan, ən sürətlə qaçan yırtıcı (FOTO)

Afrikanın bir çox yerlərində olduğu kimi, Tanzaniyada da hepard və ya çitalara rast gəlmək mümkündür.

Bakı. Afrikanın bir çox yerlərində olduğu kimi, Tanzaniyada da hepard və ya çitalara rast gəlmək mümkündür. Lakin hepardlar digər yırtıcılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. Trend hepardlarla bağlı maraqlı faktları təqdim edir: - Hepard ən sürətlə qaçan vəhşi heyvandır - saatda 100-120 km sürətlə. Lakin bu sürəti 500-600 metr məsafədə saxlaya bilirlər. Bu sürətlə qaçanda dəqiqədə 150 dəfə nəfəs alıb verirlər. 2009-cu ildə "Sara" ləqəbli hepard 100 metrlik məsafəni 5,95 saniyəyə qət edib ki, bu da dünya rekordudur; - Vaxtilə Asiyada hepardları "sındırıb" ov iti əvəzinə də istifadə edirdilər; - Hepard digər yırtıcılardan fərqli olaraq, öz şikarına pusqudan hücum etmir, necə deyərlər, qabağına qatıb ovlamağa üstünlük verir; - Bəbir, aslan və pələnglərdən "daha qürurlu" olan hepardlar leş yemirlər; - Hepardların özünəməxsus tənəffüs sistemi var ki, bunun sayəsində öz şikarlarını uzun müddət dişləyərək ağızlarında saxlayıb normal nəfəs ala bilirlər;