İlahi ərşi həml edən mələklər möminlər üçün belə dua edirlər


Digərləri 14 Dek 2017 23:20:00 255 0

İlahi ərşi həml edən mələklər möminlər üçün belə dua edirlər

Əgər Quran ayələrinə nəzər salsaq, Allahın mələklərinin iman əhli üçün etdiyi dualara rast gələ bilərik. Bu mələklər - İlahi ərşi həml edən böyük mələklərdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar həqiqi möminlərə nicat müjdəsini verərlər. "(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: "Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!". Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən! Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur". ("Ğafir" 7-9).   Bu ayələr əslində həqiqi möminləri xəbərdar edir ki, onlar tək deyildirlər. Allahın bütün rəhmət mələkləri, o cümlədən: ərşi həml edənlər, ən yaxın və ən böyük mələkləri möminlər üçün xeyir duası edər və onların dualarına qoşularlar.   Bu ayələrdə mələklərin 4 xeyir duasının şahidi oluruq. 1. Möminlər üçün istiğfar edərlər.

2. Allah Təalaya deyərlər ki, tövbə edənləri tövbəsini qəbul et və onları cəhənnəm əzabından qoru.

3. Onları vədə verdiyin behiştdə yerləşdir.

4. Onları pisliklərdən və günahlardan qoru.