Dilimizə ərəb dilindən keçən


Digərləri 14 Dek 2017 23:15:00 311 0

Dilimizə ərəb dilindən keçən

Ünsiyyət zamanı istifadə etdiyimiz bəzi sözlərin dilimizə ərəb dilindən keçdiyini, bəzilərin isə rus dilindən gəldiyini, amma onların da ərəb mənşəli olduğunu bilirdinizmi?

Son.az islam.az-a istinadən bildirir ki, aşağıda bəzi belə sözlər təqdim edilib.

1. Admiral (əmir əl-bəhr). Ərəb dilindən tərcümədə "dənizin hökmdarı" mənasını verir. Azərbaycan dilinə rus, rus dilinə çar Pyotrun dövründə yol tapıb, ruslar isə onu niderland dilindən götürüblər. Niderland dilinə isə ərəb dilindən keçib.

2. Cəbr (əl-cəbr). Ərəb dilindən tərcümədə "dağınıq hissələrin bərpası" mənasını verir.

3. Alkoqol (əl-kuhul). Dilimizdə tərkibində spirt olan içkilər mənasını verir. Ərəb dilində isə - "xırdalanmış poroşok".

4. Almaz (əl-mas). Söz tatar dilindən götürülüb. Türk dilinə isə ərəb dilindən keçib.

5. Həşiş (həşiş). Hərfi tərcümədə "qurudulmuş ot" mənasını verir.

6. Qəhvə (qəhvə). Avropaya XVIII əsrdə ərəb dilindən yol tapıb.

7. Lak (ləkk). Rus dilinə Hindistandan ərəb dili vasitəsi ilə gəlib. Əşyaların üzərinə parıltı vermək üçün çəkilən spirtdə və ya yağda əridilən məhlula deyilir.

8. Mağaza (məhzan). Rus dilinə ərəb dilindən keçib, Azərbaycan dilinə isə rus dilindən.