Hindistanlı xoşbəxtlik naziri qətldə ittiham olunur


Digərləri 14 Dek 2017 23:16:00 273 0

Hindistanlı xoşbəxtlik naziri qətldə ittiham olunur

Hindistan polisi qətl törətməkdə şübhəli bilinən Madxya-Pradeş ştatının xoşbəxtlik naziriniz axtarır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "New York Post" qəzeti yazır. Məhkəmə siyasətçinin həbsi barədə qərar verib.

Bildirilir ki, Lal Sinqx Arya 2009-cu ildə müxalif siyasətçilərdən birinin öldürməkdə şübhəli bilinir. İş üzrə digər təfərrüatlar barədə məlumat verilmir.

Madxya-Pradeş ştatı xoşbəxtlik nazirliyinin açıldığı ilk ştatdır. Əhalisi 70 milyon nəfərdir. Arya burda 2016-cı ildə nazir təyin olunub.