Bakıda kafedə kişini hədələyib soydular


Digərləri 14 Dek 2017 23:03:00 226 0

Bakıda kafedə kişini hədələyib soydular

Bakının Nəsimi rayonunda üç nəfər birləşərək bir nəfəri öldürməklə hədələyiblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hadisə dekabrın 12-də saat 3.00-da rayonunun Moskva prospektindəki kafelərin birində qeydə alınıb.

3 naməlum şəxs Bakı şəhər sakini Rüfət Quliyevi öldürəcəkləri ilə hədələyib, onun 1000 avro və 200 manatını alıblar.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlərdən biri - paytaxt sakini olan bir yeniyetmə saxlanılıb.