ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmaq istəyir


Dünya 14 Dek 2017 22:51:00 245 0

ABŞ İrana qarşı beynəlxalq koalisiya yaratmaq istəyir

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.   "İrana qarşı və onların (İran hakimiyyətinin -red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız", - deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.          N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə "aqressiv davranış" nümayiş etdirməkdə  ittiham edib.