Məhrəm və naməhrəm məsələləri


Digərləri 14 Dek 2017 22:55:00 220 0

Məhrəm və naməhrəm məsələləri

Mömin qadınların öz başlarını kimin yanında aça biləcəkləri məsələsi ayədə izah olunub. Allah Təala belə buyurur:

"Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar" (Nur, 24/31).

Son.az muselmanlar.com-a istinadən bildirir ki, dinimizdə, yəni, İslam dinində "qardaş-bacı kimi böyümək" təbiri yoxdur. Bu, insanların uydurduqları bir məfhumdur. Allah Təala Qurani-Kərimdə bütün möminlərin qardaş olduğunu bildirdiyi halda, yuxarıdakı hökmləri qoyub. Peyğəmbərimiz (ə. s.) əmisi oğlu Əlini (r. a.) öz evində böyütmüş, amma sonra onu qızı Fatimə ilə evləndirmişdir. Aralarında evlənmək qadağası olmayan əmi uşaqları arasında qardaş-bacı kimi böyümək deyilən bir şey olmaz. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır.