Sabahdan maşinistsiz qatarlar yola düşəcək


Dünya 14 Dek 2017 22:08:00 249 0

Sabahdan maşinistsiz qatarlar yola düşəcək

Maşinistsiz qatarlar əvvəlcə Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək

Türkiyədə maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də ilk dəfə olaraq xəttə buraxılacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, məlumatı İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal öz "Twitter" hesabında paylaşıb. O qeyd edib ki, bu qatarlar ilk əvvəl Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.

Bələdiyyə sədri sözügedən metro xəttinin açılışında prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin də iştirak edəcəyini bildirib.

Qeyd edək ki, maşinistsiz qatarların hərəkət etdiyi metro xətti noyabr ayında uğurla sınaqdan keçirilib.