Azərbaycan teatrı Rusiya mətbuatında


Digərləri 14 Dek 2017 21:47:00 231 0

Azərbaycan teatrı Rusiya mətbuatında

Rusiyanın Nijnevartovsk şəhərində keçirilən "Şimal görüşləri" V Beynəlxalq Teatr festivalında "Nadir aktyor oyunu" nominasiyasında diploma layiq görülən Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynovun oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Peterburq teatr jurnalı" nda Vladislav Kuprinin " Hədsiz peşəkarlıq bayramı" adlı məqaləsində aktyorun nitqi, səhnə plastikası, artistizmi, mətnlə işləmək bacarığı yüksək qiymətləndirlib.

Festivalda ölkəmizi Patrik Züskindin "Kontrabas" monotamaşası ilə təmsil edən Şövqi Hüseynovun öz yaratdığı obrazın öhdəsindən məharətlə gəldiyi, oyunu ilə tamaşaçı qəlbinə yol tapdığı xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, tamaşada hər bir yaradıcı insanın keçdiyi əzablı yolu aktyor səhnədən adi insanlara səmimi hisslərlər ötürə bilir. Məqalədə tamaşanın özəllikləri haqqında da fikirlər səslənir. Vurğulanır ki, aktyorun monotamaşadakı dialoqu heyrətedici və parlaq çıxış kimi yadda qaldı. O, möhtəşəm enerjisi ilə zalı ələ ala bildi. Tamaşanın düşündürücü, müasir dövrün tələbləri ilə səslənməsi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bu mövzuda əsərlərə müraciət etməsi yüksək dəyərləndirilib.