"Ümid edirik ki, "Zenit"ə qarşı lazımi ölçü götürüləcək"


İdman 14 Dek 2017 21:13:00 310 0

"Ümid edirik ki, "Zenit"ə qarşı lazımi ölçü götürüləcək"

"Real Soceidad"ın prezidenti Xokin Apperibay Avropa Liqasının qrup mərhələsində "Zenit"ə qarşı oyun (3:1) barədə danışıb. Goal.az xəbər verir ki, ispaniyalı funksionerin sözlərinə görə Peterburq klubunun əməkdaşları azarkeşlərə pirotexniki vasitəsiləri stadiona keçirməkdə kömək ediblər.

"Ötən həftə baş verənlər biabırçılıqdır. Stadionda 140 polis və 180 təhlükəsizlik xidmətinin əməkdaşı vardı. Rusiyalı azarkeşlər meydana girənə kimi diqqətlə yoxlanmışdı. Hesab edirik ki, "Zenit"in əməkdaşları azarkeşlərə fişənglər ötürüb. Onları heç kim yoxlamamışdı. UEFA-nın İntizam komitəsinə bu versiyanı demişik. Ümid edirik ki, "Zenit"ə qarşı lazımi ölçü götürüləcək" - Apperibay deyib.

Qeyd edək ki, qurum "Anoeta"da baş tutan oyunda "Zenit" azarkeşlərinin intizamsızlığı ilə əlaqədar kluba iş açıb.