Avtobusu sərxoş halda sürən sürücü sərbəst buraxılıb


Digərləri 14 Dek 2017 21:07:00 268 0

Avtobusu sərxoş halda sürən sürücü sərbəst buraxılıb

Sürücülük hüququ olmadan avtobusu sərxoş idarə edən sürücü məhkəmədə sərbəst buraxılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonlardan birində baş verib. Dövlət Yol Polisi əməkdaşları xidmətdə olarkən rayondaxili sərnişin avtobusu idarə edən sürücüyə ''saxla'' əmri veriblər. Yoxlama zamanı məlum olub ki, sərnişinlə dolu avtobusu idarə edən sürücü sərxoşdur. Sərnişinlər düşürüldükdən sonra o da məlum olub ki, ümumiyyətlə sürücünün avtobusu idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Polis dərhal protokol tərtib edərək işə baxılması üçün rayon məhkəməsinə göndərib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 334.4-cü maddəsi sürücülük hüququ olmayan sərxoş şəxsin avtobusu sərnişinlər ola-ola idarə etməsinə görə 1 aydan 2 ayadək həbsini nəzərdə tutur. Məhkəmədə dindirmə zamanı həmin şəxs hakimə bildirib ki, 2-ci qrup əlildir. Hətta onu təsdiq edən sənədi də hakimə təqdim edib. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində isə konkret göstərilir ki, 2-ci qrup əlil inzibati qaydada həbs edilə bilməz. Buna görə də həbs baş tutmayıb. Yəni qanundakı qüsura görə, belə bir təhlükəli əməli törədən sürücü məsuliyyətdən kənar qalıb. Məsələ əliliyi olan şəxslərin avtobus idarə edərkən törətdiyi inzibati xətanın cəzasız qalması məsələsini aktuallaşdırır. Ekspertlər bildirirlər ki, bu, İnzibati Xətalar Məcəlləsində ciddi problemdir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə fakt aşkar edildikdə avtobusu sürücüyə verən sahibkar cərimələnir. Əgər həmin şəxs fərdi sahibkardırsa min manat, hüquqi şəxsdirsə 8 min manat məbləğində cərimə edilir. Amma əlliliyi olan sürücü barəsində İnzibati Xətalar Məcəlləsində heç bir sanksiya yoxdur. Ekspert bu cür halların qarşısını almaq üçün qanunda müəyyən dəyşikliklərin edilməsini təklif edir. Əgər dəyşiklik olarsa, əlilliyi olan şəxs də ən azından özündə məsuliyyət hiss edib, avtobusu bu vəziyyətdə idarə etməz. Millət vəkili Vüsal Hüseynov isə ''Xəzər Xəbər''ə bildirdi ki, bu cür faktlarda sürücü yüngülləşdirici olaraq İnzibati Xətalar Məclləsinin 334.1, yəni 500 manat məbləğində cərimə edilməlidir.