Yaddaşı inkişaf etdirən süni beyin parçası


Digərləri 14 Dek 2017 21:10:00 291 0

Yaddaşı inkişaf etdirən süni beyin parçası

Cənub Kaliforniya Universitetinin biomedika mühəndisi Teodor Berger, insan yaddaşını inkişaf etdirə biləcək bir cihaz yaratmaq üçün araşdırmalar aparır. Bu məqsəd üçün, beynin xatırlama funksiyasını yerinə yetirən hipokampus bölgəsinin süni bir versiyasını yaradan Berger, bu cihazını hazırlamaq üçün əvvəlcə heyvanlarla işlədi.

Son.az deyerler.org-a istinadən bildirir ki, dovşanlar üzərində apardığı bir təcrübədə əvvəl bir melodiya çalıb, sonra dovşanların üzünə hava üfləyən alim, bir müddət sonra dovşanların yalnız melodiyanı eşitdiklərində gözlərini qırpdıqlarını gördü. Bu da dovşanların melodiya və hava əlaqəsini öyrəndiklərini, bu məlumatı uzun davamlı yaddaşa atdıqlarını göstərirdi.

Bu müddət ərzində dovşanların beyin fəaliyyətlərini yazan araşdırmaçı, neyronların bu məlumatları bir kod kimi hipokampusa təqdim etdiyini və hipokampusun bu məlumatları dəyişdirərək uzun davamlı yaddaşa köçürdüyünü gördü. Qısa davamlı yaddaş ilə uzun davamlı yaddaş arasındakı kodlaşdırma fərqlərini araşdıran Berger, hipokampusun etdiyi dəyişiklikləri riyazi olaraq ifadə etməyi bacardı.

Berger, cihazın insanlar üzərində də işə yaraya biləcəyini düşünür, ancaq beynin kompleks quruluşunun yalnız 100 ədəd elektrodu olan bir cihaz ilə təqlid edilməsinin çox çətin olduğunu vurğulayır. Kernel adlı bir gənc, Bergerin cihazını insanlar üçün istifadə edilə bilər hala gətirib satışa təqdim etmək üçün işlərə başladı. Uzun vədəli hədəflər arasında bu cihazın yaddaşın xaricində diqqət, yaradıcılıq və mərkəz kimi sahələrdə də beyni inkişaf etdirməsi məqsədi daşıyır.