Təranı Səmədovadan Elvin Mirzəzadəyə atmaca:


Şou-biznes 14 Dek 2017 20:52:00 299 0

Təranı Səmədovadan Elvin Mirzəzadəyə atmaca:

ARB TV-nin "Günə Son" verilişinin qonağı olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, o, bir müğənninin tanınması üçün nə qədər məbləğin lazım olduğunu açıqlayıb: "Ümumiyyətlə, bu şans söhbətidir. Müğənninin şansı varsa, 20 min xərclənsə, artıq bir qığılcımla ortaya çıxacaq. Amma bu yatırım davamlı olmalıdır. Həm də baxır müğənniyə olan tələbata. Müğənninin özü pul qazansa, yatırımla qazancı balanslaşacaq. Amma indi desəm ki, 100 min manata bir müğənnini məşhur etmək olar, yalan deyərəm. Ya da ki, 300 min qoyulsa, partlayış olar deyə bilmərəm. 300 min qoyulsa, populyar olacaq, amma sevilən olacağına söz vermək olmur. Daima nəsə bir iş görməklə nəsə etmək olar. Məsələn, Elvin Mirzəzadənin "Düşün məni" mahnısı bir xeyli səs-səda saldı, amma ikinci mahnısından elə də danışılmır. İstəyərəm danışılsın, çünki istedadlı uşaqdır. Bu, bir növ PSY-ın "Gangam style"sinə oxşadı. Partlatdı, amma ikinci mahnısı "Gentelman" o qədər də uğurlu olmadı. Tez alışan tez sönür. Dalğanın sönməməsi üçün şəraiti müğənni yaratmamalıdır".