Azərbaycanda bu şəxslərin banklarda əmanətləri artıb


Digərləri 14 Dek 2017 20:50:00 265 0

Azərbaycanda bu şəxslərin banklarda əmanətləri artıb

2017-ci ilin oktyabr ayının yekunlarına əsasən Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətləri (depozitləri) 19,7 milyard manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, Mərkəzi Bankın hesabatında qeyd olunub ki, bankların depozit bazası bir ay ərzində 1,1 faiz artıb, illik müddətdə isə 11,4 faiz azalıb.

Hesabat dövründə milli valyutada depozitlər 5,03 milyard manat təşkil edib ki, onlardan 2,73 milyard manatı tələb olunanadək, 2,3 milyard manatı müddətli depozitlərdir.

Bundan başqa, konvert olunan valyutada əmanətlər 14,67 milyard manata bərabər olub. Onlardan 6,33 milyard manatı tələb olunanadək, 8,33 milyard manatı müddətli depozitlərdir.

Beləliklə, noyabrın 1-dək olan vəziyyətə əsasən banklardakı əmanətlərin 25,5 faizi manatda, 74,5 faizi xarici valyutada olub.