Ətək geyindirilərək öz ayağına atəş açan gəncin sözləri ŞOK ETDİ VİDEO


Digərləri 14 Dek 2017 20:00:00 263 0

Ətək geyindirilərək öz ayağına atəş açan gəncin sözləri ŞOK ETDİ  VİDEO

Türkiyədə ətək geyindirilərək öz ayağına atəş açan gəncin ifadəsi polisləri şoka saldı.

Alaattin Çakıcının adamı olduğu deyilən və xəyanət etdiyi iddiasıyla ətək geyindirilib, öz ayağını yaralayan T.Z adlı bir gəncin ifadəsi üzə çıxıb: "Öz istəyimlə etdim. Çakıcıya hörmətim var".

Son.az media24.az-a istinadən bildirir ki, hadisə İzmirdə baş verib.

T.Z ifadəsində görüntülərdəki şəxsləri tanımadığını söyləyərək "Onların təzyiqi ilə deyil; Öz istəyimlə atəş etdim" deyib. Heç kimdən şikayətçi olmadığını deyən T.Z "Alaattin Çakıcıya böyük hörmət bəsləyirəm, sosial mediada onu tərifləyirəm. Yayılan məlumatlar əsassızdır" deyə bildirib.

"Oktyabrın 4-ü İzmir Təpəcik Təhsil Xəstəxanasına taksi ilə getdim. Orada böyük bir qrup ilə qarşılaşdım, şəxsləri tanımıram. Kim olduqlarını, nə məqsədlə mənə belə davrandıqlarını bilmirəm. Yanlarında gətirdikləri ətəyi geyinməyimi istəyirdilər. Mən də ətəyi geyindim. Daha sonra silah mağazasından aldığım tapança ilə sol ayağıma bir dəfə atəş etdim. Taksi ilə xəstəxanaya getdim. Özümü vurduğum tapançanı da polisə təslim etdim.

Həmin gün sosial şəbəkələrdə yayılan və Alaattin Çakıcının sosial media hesablarını idarə edən Turgay Zaim ""ətək geyindirilərək özünü vurdu - şok video" yazılı görüntülərdəki şəxs mənəm. Mənə bunu edən şəxsi tanımıram və nə üçün etdiyini də bilmirəm. Mən bu şəxslərin təzyiqi ilə öz ayağımı güllələmədim. Özüm istədiyim üçün sol ayağımı yaraladım. Heç kəsdən şikayətçi deyiləm" deyib.