ABŞ səfiri: Azərbaycanın "Şahdəniz-2" yatağında inkişaf etdirilən texnologiya Meksika körfəzində istifadə olunacaq


Digərləri 14 Dek 2017 19:40:00 217 0

ABŞ səfiri: Azərbaycanın "Şahdəniz-2" yatağında inkişaf etdirilən texnologiya Meksika körfəzində istifadə olunacaq

"Şahdəniz II" yatağından qaz çıxarmaq üçün Azərbaycanda inkişaf etdirilən texnologiya başqa yerdə, o cümlədən Meksika körfəzində karbohidrogen əldə etmək üçün istifadə olunacaq.

Bakı. Gülqız Muradova - "Şahdəniz II" yatağından qaz çıxarmaq üçün Azərbaycanda inkişaf etdirilən texnologiya başqa yerdə, o cümlədən Meksika körfəzində karbohidrogen əldə etmək üçün istifadə olunacaq. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta V Frankfurt Qaz Forumunda çıxışında deyib. R.Sekuta bildirib ki, Şahdəniz II qaz yatağının kəşf edilməsi və inkişafı Azərbaycanı yenidən Avropaya və dolayısı ilə qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyə çevirir. Şahdəniz II qazının Cənub Qaz Dəhlizi Layihəsi üçün əsas mənbə olduğunu vurğulayan səfir qeyd edib ki, 40 milyard dollardan çox büdcə və altı ölkədən keçən, dəniz səviyyəsindən 2500 metrə qədər yüksəkliyə qədər gedən 3500 kilometrlik boru kəməri ilə Cənub Qaz Dəhlizi Layihəsi, enerji təhlükəsizliyini qlobal şəkildə artırmaqla Avropada milyonlarla yeni təbii qaz mənbələri təmin edir: