Azərbaycanın ən yaxşı tələbə komandaları çempionatda iştirak edəcək


Digərləri 14 Dek 2017 19:25:00 260 0

Azərbaycanın ən yaxşı tələbə komandaları çempionatda iştirak edəcək

Dekabrın 17-də Azərbaycan İntellektual Klublar Assosiasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr arasında intellektual oyunlar üzrə çempionat keçirəcək. 

Azərbaycan İntellektual Klublar Assosiasiyasının Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, çempionatın əsas maliyyə tərəfdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondudur.

Çempionat Park Inn mehmanxanasında keçiriləcək.